Logo

AMEA-nın Gəncə Bölməsində 20 Yanvar faciəsi ilə bağlı dəyirmi masa keçirilib  - FOTO

19.01.2023 14:43 771 baxış
IMG

Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan  Milli Elmlər Akademiyası Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə millətimizin tarixində ağır, lakin taleyüklü bir səhifə olan 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, toplantıda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının,  Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, alim və tədqiqatçılar iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin  xatirəsi bir dəqiqlik sükutla yad edilib. 

Dəyirmi masa müzakirələrində giriş nitqi ilə çıxış edən akademik Fuad Əliyev  Azərbaycan xalqının öz əzəli torpaqlarının bütövlüyü naminə apardığı haqq işini, onun azadlıq əzmini boğmaq məqsədilə  1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə dağılmaqda olan Sovet İttifaqının ordu birləşmələrinin paytaxtımıza yeridilməsi ilə yaşanan qanlı hadisələri tariximizin faciəvi, eyni zamanda milli birliyimizin o vaxtadək görünməmiş bir həddə nümayişi baxımından qürurverici anı kimi dəyərləndirib.

Adil Tağıyev 1990-cı ilin o ağır hadisəsindən dərhal sonra, yanvarın 21-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək, baş verənlərlə bağlı xalqımız adından öz kəskin etirazını bəyan etməsini millətimizin öz taleyinə özünün sahib çıxmasına bir çağırış kimi dəyərləndirib. O, həmçinin 20 Yanvar hadisələrinin əsl siyasi qiymətinin, eləcə də həmin faciənin qurbalarına şəhidlik statusu verilməsinin  Ulu Öndər tərəfindən həyata keçirildiyini bildirib.  Müasir dövrümüzdə Ümummilli Liderin layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin  Vətən torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib.

Daha sonra tədbir iştirakçılarının məruzələri dinlənilib.

Xəbər lenti